GAP şirkəti dünya miqyaslı lider şirkətlərinin Azərbaycanda distributurudur. Şirkətimiz həm yerli,həm də əcnəbi mütəxəssis aqronomlar komandasına sahibdir və bunun sayəsində müştərilərmizə və partnyorlarımıza ən qısa zamanda ən təsirli həll yolarını təklif edir.
Şirkətimiz dəyərlərinə bağlı qalaraq ölkə torpaqlarını və ətraf mühiti qoruyaraq ən keyfiyyətli məhsul və xidmətləri təklif edir. Azərbaycan kənd təsərrüfatı üçün yeni texnologiyalar təqdim edir və xidmətləri göstərir.
Məqsədimiz kənd təsərrüfatı sektorunda müştərilərmizin tələblərini diqqətlə müəyyənləşdirərək mütəmadi inkişaf edən və həm ölkəmizə, həm də partnyorlarımıza dəyər qatan bir şirkət olmaqdır…
Peşəkar yanaşma üsulları və yüksək keyfiyyətli məhsulları ilə ölkənin kənd təsərrüfatı sahəsində lider olmağı məqsəd qoymuşdur. Şirkət bu dövr ərzində respublikaya bitki mühafizəsi vasitələrini ( pestisidlər, gübrələr, toxumlar, mikroelementlər və s. kənd təsərrüfatı təyinatlı mallar) idxalı edərək, kənd təsərrüfatı müəssisələrinin, yerli fermerlərin keyfiyyətli və səmərəli məhsullarla təmin olunmasını əsas hədəf kimi müəyyənləşdirmişdir.
Firmamız ən keyfiyyətli anaçlara peyvənd olunmuş alma, şaftalı, nektarin, gavalı, albalı, qoz, armud, ərik tinglərinin yüksək məhsuldar, müxtəlif iqlim tələblərinə uyğun sertifikatlı sortlarının istehsalına davam edir. istehsalçılar.
Meyvə istehsalçılarına ən yaxşı məhsulu təklif etmək üçün keçmiş təcrübəmizdən və inkişaf edən texnologiyadan istifadə edirik. Bundan əlavə, fidan növlərimizi artıracaq şəkildə hərəkət edərək, meyvə istehsalçılarına öz iqlimlərinə ən uyğun fidan çeşidini tapmaqda daha yaxşı kömək edirik. İstər xaricdən gətirdiyimiz anaçlardan, istərsə də özümüz istehsal etdiyimiz köklərdən ən yaxşısını seçib siz meyvə istehsalçılarına çatdırırıq.
Şirkət olaraq, əsas missiyamız ətraf-mühitə zərər vermədən, ekoloji cəhətdən təmiz, keyfiyyətli kənd təsərrüfatı məhsullarının istehsalında aqrokimyəvi xidmətin yeniliklərini və qabaqcıl təcrübəni tədbiq etməkdir.
Bizimlə Əlaqə